Doktor Jivaqo

Doktor Jivaqo
rus. Доктор Живаго
Müəllif Boris Pasternak
Janr roman
Orijinalın dili rus dili
Ölkə
Orijinalın nəşr ili 1957
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Doktor Jivaqo (rus. Доктор Живаго) — Boris Pasternakın müəllifi olduğu roman. "Doktor Jivaqo" 1945-ci ildən 1955-ci ilə qədər olan müddətdə yazılmışdır və yazıçının fikrinə görə onun yaradıcılığının ən yüksək nöqtəsi sayılır. Roman onun baş qəhrəmanı Yuri Andreyeviç Jivaqonun şeirləri ilə müşayiət olunur.

Yüzilliyin başlanğıcında Böyük Vətən Müharibəsinə qədər olan faciəvi mərhələdə rus ziyalılarının həyatını təsvir etməklə, kitab həyatın sirri, ölüm, rus tarixinin problemləri, ziyalılar və inqilab, xristianlıq, yəhudilik kimi məsələləri işıqlandırır. Kitab sovet ədəbi dairəsində kəskin şəkildə pis qarşılanır və müəllifin 1917-ci il Oktyabr inqilabına və ölkənin sonrakı həyatına dair bir mənalı mövqe tutmadığına görə çapdan imtina edilir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy